Xəbərlər

Bestcomp Group “Bakutel-2010” sərgisində


 

23-26 noyabr 2010 –cu il tarixlərində “Bakı Ekspo” Sərgi və Toplantı mərkəzində informasiya və kommunikasiya sahəsində ən iri ixtisaslaşdırılmış tədbir olan “BakuTel-2010” Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı keçirildi.

Sərgidə 4 iş günü ərzində xarici və yerli şirkətlər telekommunikasiya və şəbəkələr, genişzolaqlı rabitə və texnologiyalar, kabel və simsiz rabitə, peyk rabitəsi və texnologiyaları, proqram təminatı və avtomatlaşdırma sistemləri, İT və ofis texnologiyaları, təhlükəsizlik sistemləri təqdim etmişdilər.

Ənənəvi olaraq Bestcomp Group şirkəti də bu sərgidə iştirak etmiş və  əldə etdiyi son nailiyyətləri təqdim etmişdir. Şərgidə şirkət “Dəbdə olan texnologiyalar” şüarı altında çıxış etmiş və HP Pavilion, Acer Ferrari, müasir proqramlarını nümayiş etdirmişdir. Şirkətin stendində Azərbaycanda ilk İKT internet mağazası olan bestel.az saytı nümayiş etdirilib və şirkətin 15 illiyi münasibətilə sərgi zamanı onlayn alış edən alıcılara xüsusi endirimlər təqdim olunmuşdur.

Stenddə Xalq Kompüteri layihəsinə də geniş yer verilib. Əhaliyə layihə çərçivəsində satılan noutbuklar və layihənin iştirakçıları üçün  “xüsusi təklif” olaraq təqdim olunan HP  Pavilion noutbukları nümayiş olunmuşdur.