Xəbərlər

Bestcomp Group İstanbulda keçirilmiş “CeBİT Bilisim Eurasia" sərgisində iştirak etmişdir


 

Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun başçılığı ilə dövlət və özəl sektorun təmsilçilərindən ibarət Azərbaycan nümayəndə heyəti, o cümlədən Bestcomp Group şirkəti, oktyabrın 6-dan 10-dək Türkiyənin İstanbul şəhərində keçirilmiş "CeBİT Bilisim Eurasia" - Beynəlxalq İnformasiya Texnologiyaları sərgi və konfransında iştirak etmişdir.

Burada respublikanın informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi ən son nailiyyətlər, eləcə də bu istiqamətdə həyata keçirilən irimiqyaslı layihələrin nümayiş etdirilmişdir. 

Dövlət sektorundan başqa pavilyonda ölkənin özəl informasiya-kommunikasiya texnologiyaları (İKT) şirkətlərinin də nailiyyətləri əks olunmuşdur. 

Bestcomp Group bu sərgidə əldə etdiyi nailiyyətlərlə çıxış etmiş və şirkətin dövlət və özəl sektor üçün hazırlanmış həllərini təqdim etmişdir.