Xəbərlər

Bestcomp Group II Beynəlxalq uşaq muğam festivalının sponsorudur.


“Kainat” Gənclik Mərkəzi 20 illik yubileyi ərəfəsində II Beynəlxalq uşaq muğam festivalının final mərhələsini keçirdi.
Tədbirdə Azərbaycanın müxtəlif bölgələrindən 10-a yaxın gənc istedad xalq mahnılarımızı və muğamlarımızı təqdim etmişdir. Bundan əlavə, festivalın final konsertində Hindistandan 1, Özbəkistandan 2, Türkmənistandan 2 və Türkiyədən 1 nəfərin iştirakı festivala xüsusi rəng çaları qatmışdır.
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən festivalın yekun konserti və qaliblərin mükafatlandırılması mərasimi bu il oktyabrın 8-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında təşkil olundu.
Qaliblərə xüsusi diplomlarla yanaşı, sponsorlar tərəfindən təşkilatçıların təsis etdikləri qiymətli hədiyyələr də təqdim olunmuşdur. Öz növbəsində Bestcomp Group şirkəti də sponsor kimi qalibləri kompüterlərlə mükafatlandırmışdır.