Xəbərlər

Bestcomp Group - TurkmenTel 2010 sərgisində iştirak etmişdir


15-17 sentyabr tarixlərdə Aşxabad şəhərində “TurkmenTel-2010” IV Beynəlxalq telekommunikasiya, telemetriya, informasiya texnologiyaları və teleradioyayım avadanlığı sərgisi və “Türkmənistan və dünya informasiya-telekommunikasiya texnologiyaları” elmi konfransı keçirilmişdir.

Azərbaycanın nümayəndə heyətinin tərkibinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşları ilə yanaşı Azərbaycanın özəl İKT şirkətlərinin nümayəndələri, o cümlədən Bestcomp Group şirkəti də iştirak etmişdir.

Sərgidə Azərbaycanın milli pavilyonununda respublikanın informasiya texnologiyaları sahəsində ən son nailiyyətləri nümayiş etdirilmişdir.