Xəbərlər

Bestcomp Group “Baku Open 2010” – Şahmat turnirinin sponsorudur


Avqustun 21-də yeniyetmələr arasında Respublika Şahmat Mərkəzində, böyüklər arasında Bakının Novxanı qəsəbəsində şahmat üzrə "Baku Open-2010" beynəlxalq turnirinə start verilib. 

Avqustun 29-dək davam edəcək yarışda 154 şahmatçı İsveçrə sistemi ilə mübarizə aparacaq. Azərbaycan Gənclər və İdman Nazirliyi, eləcədə Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə keçirilən "Baku Open 2010" turnirinin sponsorlarından biri Bestcomp Group firmasıdır.