Xəbərlər

Azercell “Xalq Kompüteri” layihəsinə qoşuldu!


Azercell Telekom MMC, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, HP şirkəti və Microsoftun tərəfdaşlığı ilə həyata keçirilən "Xalq Kompüteri" layihəsində iştirak edir.

Layihə orta/ali məktəb müəllimləri və tələbələr üçün nəzərdə tutulub. Kampaniyanın şərtləri aşağıdakı kimidir:

“BestComp Group” şirkətindən portativ kompüter (noutbuk, netbuk) və ya desktop əldə etmiş abonentə istəyi əsasında 12 ay ərzində hər ay 7 AZN (ƏDV daxil) ödəməklə, Azercell-dən Fakturalı Xətt nömrəsi, Azercell Datakart və 12 faktura dövrü ərzində hər ay 500 MB həcmdə GPRS data trafikindən istifadə etmə imkanı veriləcək. Hər müvafiq faktura dövrü ərzində verilən 500 MB GPRS data trafikindən artıq istifadə olunan hər 1 MB üçün 0,01 AZN (ƏDV xaric) məbləğində xidmət haqqı tətbiq ediləcək. 

"Xalq Kompüteri" layihəsi haqqında daha ətraflı məlumat üçün www.xalqkomp.az saytına müraciət edin.