Xəbərlər

Xalq Kompüteri layihəsi Naxçıvanda!


10 aprel 2009-cu il tarixində start götürmüş “Xalq kompüteri” layihəsi sürətlə genişlənməkdə davam edir.

“Xalq kompüteri” başlanan gündən indiyədək vətəndaşlara güzəştli şərtlərlə 8 minə yaxın kompüter və noutbuklar satılıb. Layihənin əsas məqsədi aztəminatlı əhalinin güzəştli şərtlərlə müasir kompüterlər və lisenziyalı proqramlar əldə etməsinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaqdır. İlkin nəticələr göstərir ki, layihədə aktivlik Bakı və Abşeron zonasında deyil, daha çox bölgələrdədir. Statistik məlumata görə hal hazırda 1300 kompüteri Bakı, 6500-dən çox kompüteri regionlarımızın əhalisi əldə ediblər.

Naxçıvan MR-nın əhalisi də layihədə aktiv iştirak edir. Artıq Naxçıvanda da, müəllim və şagirdlər layihənin güzəştli şərtlərindən yararlana, çox ucuz qiymətlərlə kompüter və müxtəlif internet xidmətləri, antivirus proqrami, lisenziyalı Microsoft windows və ofis proqramları əldə edə bilərlər.

Bu yaxınlarda Bestcomp Group və Naxçıvan MR İnternet Mərkəzi arasında Xalq Kompüteri layihəsinin Naxçıvanda genişləndirilməsi məqsədilə müqavilə imzalanmışdır. Müqaviləyə əsasən İnternet Mərkəzi bu layihə çərçivəsində Bestcomp Group-la birlikdə fəaliyyət göstərəcəkdir.

Layihə çərçivəsində təqdim olunan kompüterlərlə tanış olmaq, parametrləri barədə daha ətraflı məlumat əldə etmək istəyənləri İnternet mərkəzinin aşağıdakı ünvanına dəvət edirik:

 

Naxcivan MR Internet Mərkəzi

Ünvan: AZ7000 Naxçıvan şəhəri, Atatürk pr.1

Tel: (036) 452270, (070) 2550300, (060) 5400300