Xəbərlər

BESTCOMP Group ITU World Telecom 2009 sərgisində


 

Bestcomp Group firması 5 oktyabr 2009-cu il tarixində Cenevrədə başlayan ITU World Telecom 2009 beynəlxalq sərgisində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) rəsmi nümayəndə heyəti ilə birgə iştirak edir. Sərgidə Bestcomp Group tərəfindən "Elektron Azərbaycan" dövlət proqramı çərçivəsində həyata keçirilən "Elektron Sağlamlıq Kartı", "Vahid Miqrasiya Məlumat Sistemi" (VMMS), "Xalq Kompyuteri", elektron muzey layihələri və bProDoc - Elektron Sənəd Dövriyyəsi proqram təminatı məhsulunun təqdimatı keçirilir.

ITU World Telecom sərgisi Beynəlxalq Telekommunikasiya İttifaqının himayəsi altında keçirilir və İKT sahəsində milli nailiyyətlərin nümayiş etdirilməsi üçün son illərdə dünyada keçirilmiş ən mühüm tədbirlərdəndir. Sərgidə dünyanın müxtəlif ölkələri öz milli stendlərində İKT-nin inkişafını nümayiş etdirirlər.