Website Security Test

Xəbərlər

BestComp Group - Aastra şirkətinin "Avtorizə olunmuş Reseller" sertifikatına layiq görülüb

13 fevral 2013-cü il tarixində Aastra şirkəti öz partnyorları ilə görüş keçirmişdir.  Tədbirdə Aastra şirkətinin 40-dan çox avtorizə olunmuş partnyoru, şirkətin Rusiyada və MDB ölkələrindəki  resellerləri iştirak etmişdirlər. Sessiya zamanı Aastra şirkətinin 2012-ci il ərzində qazandığı uğurlarından və 2013-2014-cü illər üçün nəzərdə tutulmuş planlarından bəhs olunmuşdur.

 

 

 

«Dr.Web-in böyük ürəyi» aksiyası

«Dr.Web-in böyük ürəyi» aksiyası: bütün istifadəçilərə – sevgilərlə!

Hər il qışın sonu və yazın başlanğıcı, 14 fevral, 23 fevral və 8 Mart bayramları ilə daha maraqlı keçir.
Bu bayramların ərəfəsində «Doktor Web - Mərkəzi Asiya» şirkəti «Dr.Web-in böyük ürəyi»  adlı aksiyasına start verir.
Aksiya 14 fevral-8 mart 2013 il tarixlərində qüvvədədir.


“Xalq Kompüteri” layihəsinin istifadəçilərinin sayı 20 min nəfəri keçdi

 

20 dekabrda JW Marriott Abşeron Bakı Mehmanxanasında “Xalq kompüteri” Layihəsinə həsr edilmiş mətbuat konfransı keçirildi.

Layihə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, HP şirkəti və Microsoft şirkəti ilə birgə həyata keçirilir. Layihənin operatoru BestComp Group şirkətidir.

 

Yasamal Rayon Məhkəməsinin yeni inzibati binasının açılışı olmuşdur

 

Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində Yasamal Rayon Məhkəməsinin yeni binasında müasir informasiya-kommunikasiya qurğularının quraşdırılması “BestComp Group” şirkəti tərəfindən həyata keçirilmişdir

 

BakuTel-2012

 

6-9 noyabr tarixlərində “Bakı Ekspo” mərkəzində Xəzər və Qafqaz regionlarında telekommunikasiya və informasiya texnologiyalarına həsr olunmuş “BakuTel-2012” sərgisi keçirildi. Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının keyfiyyət nişanını daşıyan sərgi Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, həmçinin, Birləşmiş Millətlər Təşkilatı (BMT) və bir sıra beynəlxalq təşkilatların dəstəyi ilə keçirilir. 

 

BestComp Group şirkəti “Eurovision 2012” mahnı müsabiqəsinə hazırlıq işlərinə verdiyi töhfəyə görə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən fəxri diplomla təltif edilib

BestComp Group şirkəti Eurovision – 2012 beynəlxalq musiqi yarışmasının keçirildiyi Baku Crystall Hall Brifinq Mərkəzində konfrans-sisteminin uğurlu inteqrasiyasına görə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən fəxri diplomla təltif edilib.

Bestcomp Group - Cisco şirkətinin Azərbaycanda ən yaxşı premyer partnyoru elan edilib

 

 

BestComp Group şirkəti 7 iyun 2012-ci ildə Moskvada keçirilən Cisco şirktəinin MDB ölkələrindən olan premyer partnyorlarının konfransında ən yaxşı premyer-partnyor elan edilib.

 

 

Eurovision 2012 Mətbuat Mərkəzi açıldı

13 may 2012-ci il tarixdə “Eurovision – 2012” beynəlxalq musiqi yarışmasının mətbuat mərkəzinin açılışı oldu.

Bestcomp Group şirkəti şahmat üzrə Beynəlxalq Uşaq turnirinin sponsoru oldu

15-21 aprel 2012-ci ildə 2 saylı şahmat məktəbinin binasında şahmat üzrə 7-ci beynəlxalq uşaq turniri keçirildi və turnirdə Bakı, Sumqayıt və Mingəçevir şəhərlərindən 14 yaşına qədər 28 gənc şahmatçı iştirak etdi.

Bestcomp Group şirkəti “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın sponsorudur

Bestcomp Group hər zaman sponsorluq layihələri ilə respublikanın ictimai həyatında aktiv iştirak edir.

1 2 3 4 5