Layihələr

Konfrans zalların layihələnməsi və texniki təminatı


Müasir konfrans zalları - çox miqdarda yüksək texnoloji sistemləri birləşdirən, zalların funksional təyinatına görə müvafiq məqsədləri əldə etməyə imkan yaradan mürəkkəb kompleksdir.

Konfrans zallarının yaradılması - həm layihələnmə, həm də tikinti mərhələlərində, ciddi peşəkar yanaşma tələb edən prosesdir. Bizim şirkət fəaliyyət göstərdiyi dövrdə müasir konfrans zallarının avadanlıq kompleksinin layihələnməsi, yenilənməsi, quraşdırılması və "açar təslim" şərti ilə işlərin təhvil verilməsi sahəsində böyük təcrübəyə malikdir.
İllərlə konfrans zallarının layihələndirilməsində prosesin bütün xüsusiyyətlərini dərindən tədqiq etmişik. Bizim şirkət çoxməqsədli konfrans zallarının yaradılmasında sifarişçilərin tələblərini ödəyən, eləcə də yaradılmış sistemin asan idarə olunmasını təmin edən unikal həllər təklif edir. Bu həllər layihələnmədən başlayaraq konfrans zallarının səs, multimedia, video və digər avadanlıqlarının montaj olunması kimi bütün mərhələləri əhatə edir.
Müştəriyə təklif olunan xidmətlərə erqonomik konfrans zallarının layihələnməsi, zalların elektroakustik göstəricilərinin hesablanılması, konfrans rabitəsi, səs gücləndirilməsi, videokonfrans, videomüşahidə və videoproyeksiya sistemlərinin layihələnməsi daxildir.
Konfrans zallarının texnoloji tələbləri müştərinin istəkləri əsasında və qurulan sistemin təmin edəcəyi zəruri funksional imkanlarla təyin olunurlar. 

 

Təklif olunan konfrans-sistemləri bu funksional xüsusiyətlərə görə bölünür: 

  • Nitqin sinxron tərcüməsi;
  • Dil sisteminin kanallarının sayına görə;
  • Zalın multimedia avadanlığının kompüterlə idarə olunması;
  • Videomüşayət;
  • Səsvermə;
  • Verilənlər bazasının təşkilatı;

İcra olunmasına görə:

  • Mobil;
  • Daxilə bərkidilmiş;
  • Masaüstü;
  • Simli;
  • Simsiz;

Bizim şirkətimizin mütəxəssisləri tərəfindən konfrans zallarının layihələnməsi və təminatı bu mərhələlərdən ibarətdir:

  • Konfrans zalının erqonomik xüsusiyyətlərinin layihələnməsi
  • Memarlıq xassələri nəzərə alınmaqla elektrik akustikanın layihələnməsi
  • Konfrans rabitəsinin layihələnməsi
  • Səs gücləndirilməsi sistemlərinin layihələnməsi
  • Videomüşahidə sistemlərinin layihələnməsi
  • Videoproyeksiya sistemlərinin layihələnməsi
  • Videokonfrans sisteminin layihələnməsi
  • Kompüter şəbəkəsinin layihələnməsi
  • Texniki avadanlığın təchizatı və quraşdırılması
  • Kompleksin zəmanətli və zəmanət dövründən sonra olan texniki xidməti

Biz yalnız etibarlı istehsalçılarla işləyirik. Bu istehsalçılarla bizim şirkətimizin uzunmüddətli əməkdaşlığı var.