Website Security Test

Məhsullar

bProMed – e-Səhiyyə Sistemi


 

 bProMed şəxsi və tibbi məlumatları əhatə edən müvafiq elektron registrlərin hazırlanması, vətəndaşların elektron çipli ağıllı kartlarla təmin edilməsi vasitəsilə vətəndaşların sağlamlığı vəziyyətinə nəzarət sisteminin təkmilləşdirilməsinə xidmət edir və lazım olduqda kartda saxlanılan məlumatları istənilən yerdə təhlükəsiz, asan və tam şəkildə əldə olunması ilə kart sahibinə operativ və dəqiq müayinə olunmaq imkanı yaradır.

bProMed sistemi aşağıdakı alt sistem və modullardan ibarətdir :

  • VESKS - Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi
    • Doğum evi modulu
    • Uşaq poliklinikası modulu
    • Uşaq xəstəxanası modulu
  • TMKS – Tibbi Müayinə Kartı Sistemi
    • Gigiyena və epidemiologiya mərkəzi modulu
    • Tibbi müayinə kabineti modulu
    • Mobil nəzarət modulu
  • MİM – Məlumat İdarəetmə Mərkəzi
  • KPM – Kart Personalizasiya Mərkəzi
  • Sağlamlıq portalı
  • bProMed-in tərkib hissələri:
    • Elektron tibbi registrlər
    • İnzibati məlumatlar
    • Valideynlər haqqında məlumatlar
    • Ana haqqında məlumatlar
    • Dəyişmə vərəqəsi
    • Fiziki inkişaf məlumatları
    • Peyvənd
    • Müayinə məlumatları
    • Sağlamlıq məlumatları
    • Müalicə məlumatları
    • Resept
    • Dərmanlar
    • Dislokasiya cədvəli
    • Dövri tibbi müayinələr
    • Dövri müayinələrə mobil nəzarət
    • Kart məlumatları
    • Dövri hesabatlar
    • Doğum haqqında tibbi şəhadətnamə
    • Xəstəlik tarixindən çıxarış
    • Sağlamlıq portalı vasitəsilə özünəxidmət
    • Elektron məlumat mübadiləsi
    • Avtomatik yenilənmələr

    Xüsusiyyətləri :

    • Uşaq haqqında rəsmi sənədlərə uyğun, standart formatda və xətasız şəkildə sistemə daxil edilən anadanolma, sağlamlıq, valideynlərinin sağlamlığı haqqında tibbi məlumatların müvafiq tibb müəssisələri arasında avtomatik mübadiləsi təmin edilir. Lazım olan məlumatlar Səhiyyə Nazirliyindəki Məlumat İdarəetmə Mərkəzi vasitəsi ilə 5 dəqiqə ərzində müvafiq tibb müəssisələrinə çatdırılır. Bu məlumatların həmin müəssisədə müvafiq həkimlərə, tibb bacılarına çatdırılması ilə sağlamlığın qorunması işinin daha dolğun təşkil edilməsini təmin edir.
    • Səhiyyə Nazirliyindəki Məlumat İdarəetmə Mərkəzində yığılan məlumatların emal edilməsi, hesabatların hazırlanması ilə vətəndaşların sağlamlığına göstərilən xidmətlərə effektiv nəzarət edilməsinə imkan yaradır.
    • Tibb müəssisələrində kağız üzərində və pərakəndə şəkildə olan məlumatların bProMed sisteminə daxil edilməsi ilə vətəndaşların elektron sağlamlıq qeydlərinin formalaşmasına imkan verir.
    • Sağlamlıq kartından istifadə edilməklə vətəndaşın sağlamlığı barədə informasiyanın istənilən yerdə, sürətli, tam, doğru və təhlükəsiz şəkildə əldə edilməsi ilə vətəndaşlara daha keyfiyyətli, effektiv, sürətli müayinə və müalicə olunmaq imkanları yaradır.
    • Tibbi müayinə kartı sistemi vasitəsi ilə müxtəlif sahələrdə çalışan və işə daxil olarkən və sonradan dövrü tibbi müayinədən keçməsi tələb olunan vətəndaşların bu müayinələri vaxtı-vaxtında , tələb olunan qaydada keçmələrini təmin edir və buna mərkəzləşdirilmiş nəzarəti təmin edir.
    • Sağlamlıq portalı vasitəsi ilə vətəndaşlara özləri haqqında sistemdə olan məlumatları istənilən yerdə asan və təhlükəsiz şəkildə əldə etmələrinə imkan yaradır.
    • Ətraflı axtarış – lazım olan hər hansı məlumata görə axtarış imkanı verir.
    • Sistemdə aparılan bütün əlavə və dəyişikliklərin sistem jurnallarında avtomatik qeyd edilməsi ilə sistemin təhlükəsizliyi təmin edilir.
    • Ehtiyat surətləri mütəmadi olaraq disklərə yazılması ilə məlumatları qoruyur.