Məhsullar

bProTrs - Təcili pul köçürmələri sistemi (MONEX)


 

Təsviri:

 

bProTrs - “Təcili pul köçürmələri” proqram sistemi Bestcomp Group firması tərəfindən işlənib hazırlanmışdır. Sistem Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq olunmuş standartlara uyğun işləyir.

 

“Təcili pul köçürmələri” proqram sisteminin əsas təyinatını aşağıdakılar təşkil edir:

  •  Sistem vətəndaşlara təcili pul köçürmələrin həyata keçirilməsi

 Sistemin funksiyaları: 

 

 “Təcili pul köçürmələri” proqram sisteminin funksional imkanları onun sistem komponentlərinin funksiyalarından formalaşır:

  •  Admininstrator modulu
  •  Əməliyyat modulu
  •  Maliyyə modulu
  •  Servislər modulu

Admininstrator modulunun əsas funksiyaları aşağıdakılardır:

  • Bankların və onların filiallarının müəyyən edilməsi
  • İstifadəçilərin müəyyən edilməsi
  • Sistem istifadəçilərinin hüquqlarının müəyyən edilməsi
  • İstifadəçilərin sistemə girişinin idarə edilməsi
  • İstifadəçilərin sistemdə işinin idarə edilməsi 
  • Sistem istifadəçiləri üçün menyunun təyin edilməsi                                    
  • Banklar və ölkələr arasında komissiyanın müəyyən edilməsi və onun paylaşdırılmasının dəyişdirilməsi 
  • Bankların və ölkələrin valyuta növlərinin aktiv və ya passivə keçirilməsi və bunun barəsində  bütün korrespondent bankların və onların filiallarının avtomatik surətdə məlumatlandırılması
  • Müştərinin və ya bankın müraciəti əsasında tranzaksiyaların bloka salınması
  • Proqram sistemi istifadəçilərinin hərəkətləri jurnalının gözdən keçirilməsi
  • Texniki səbəblərə görə səhvən ödəniş olunduğu halda, həmin ödəniş haqda informasiyanın ləğv edilməsi

   Əməliyyat modulunun əsas funksiyaları aşağıdakılardır:

 

  • Pul köçürmələrinin göndərilməsi
  • Pul köçürməsinin atributlarına əsasən (nəzarət nömrəsi, məbləğ, müştərinin adı, soyadı və atasının adına və s.) axtarışın aparılması
  • Pul köçürmələrin alınması
  • Pul köçürmələrinin ləğv edilməsi
  • Pul köçürməsini göndərilən müştərinin adı, soyadı və atasının adının dəyişdirilməsi
  • Pul köçürmələrinin qaytarılması
  • Göndərilmiş pul köçürmələri haqqında hesabatın yaradılması
  • Alınmış pul köçürmələri haqqında hesabatın yaradılması
  • Ləğv olunmuş pul köçürmələri haqda hesabatın yaradılması
  • Qaytarılmış pul köçürmələri haqda hesabatın yaradılması
  • Bloka salınmış pul köçürmələri haqda hesabatın yaradılması
  • Ümümi hesabatın yaradılması

 Maliyyə modulunun əsas funksiyaları aşağıdakılardır:

 

  • Keçirilmiş tranzaksiyalara görə komissiyanın hesablanması və banklar arası hesablaşmaların izlənməsi
  • Xüsusi hesabatlar pəncərəsi vasitəsilə ixtiyari hesabatların yaradılması, hansı ki, müxtəlif kriteriyalara əsasən informasiyanın seçilməsi filtrindən istifadə etməyə imkan yaradır
  • Hesabatların çap olunması
  • Göndərilmiş pul köçürmələri haqqında hesabatın yaradılması
  • Alınmış pul köçürmələri haqqında hesabatın yaradılması
  • Ləğv olunmuş pul köçürmələri haqda hesabatın yaradılması
  • Qaytarılmış pul köçürmələri haqda hesabatın yaradılması
  • Bloka salınmış pul köçürmələri haqda hesabatın yaradılması
  • Ümümi hesabatın yaradılması

 

Servislər modulunun əsas funksiyaları aşağıdakılardır:

 

  • “Təcili pul köçürmələri” sisteminin başqa pul köçürmələri sistemləri ilə inteqrasiyası
  • “Təcili pul köçürmələri” proqram sisteminin korrespondent banklarının proqram təminatı ilə sinxron işləməsinin təmin edilməsi

 

Sistem bank işində tələb olunan informasiya təhlükəsizliyini təmin edir:

 

  • Sistem istifadəçilərinin autentifikasiyası
  • Sistem istifadəçiləri üçün giriş hüquqlarının paylaşdırılması
  • Sənədlərlə iş üzrə tarix və statistikanın aparılması

Sistemdə SMS məlumatlandırma funksiyasına vardır. Sistemə daxil edilmiş mobil telefon nömrələrinə həyata keçirilmiş pul köçürülməsi barədə məlumat gəlir.

 

Həllin imkanları və üstünlükləri:

 

  • Sistemin tətbiq edilməsi və istifadə edilməsi ilə bağlı məsrəflərin aşağı olması
  • Sifarişçinin biznes proseslərinə uyğun dəqiq uyğunlaşma
  • Mütəmadi işçi proseslərin avtomatlaşdırılması
  • İşin səmərəliliyinin əhəmiyyətli dərəcədə qaldırılması
  • Sənədlərin emalı üzrə məsrəflərin azaldılması
  • Əməkdaşların işinin və həmçinin idarəçiliyin səmərəliliyinin artması
  • Informasiya resursları üzrə naviqasiyanın rahat yerinə yetirilməsi üçün verilənlərin nizamlanması, soraq kitabçalarının və kataloqların formalaşdırılması
  • Resursların vahid klassifikatorunu daxil etmək imkanı
  • Daxili və xarici informasiya mübadiləsinin sürətləndirilməsi
  • Avtorizasiya sistemləri və portal resurslarına paylaşdırılmış giriş hesabına informasiyanın effektiv mühafizə olunması
  • Lazımi informasiyanın axtarışının sürətləndirilməsi –mümkün olan bütün mənbələr və resurslar, açar sözləri və s. üzrə axtarış aparmaq üçün effektiv axtarış mexanizmlərinin təqdim edilməsi SMS vasitəsilə məlumatlandırma imkanı

 

«Bestcomp Group» şirkətinin üstünlükləri:

 

Mütəxəssislərimiz təcrübəli və müvafiq sertifikatlara malikdir. Şirkət illər boyu təcrübəsinə əsaslanmış və dünyanın proqram təminatı üzrə aparıcı şirkətlərinin texnologiyaları əsasında layihər həyata keçirmişdir.

Bestcomp Group şirkətinin keyfiyyət sistemi ISO 9001-2008 üzrə sertifikatlaşdırılmışdır. Bu, daxili biznes-proseslərin keyfiyyətini, bununla da sifarişçilər üçün layihələrinin işlənməsinin yüksək keyfiyyətini təmin edir.