Məhsullar

bProRec - Məhkəmə İclası Proseslərinin Protokollaşdırılması Sistemi


Təsviri:

 

"bProRec" - Məhkəmə prosesinin protokollaşdırılması sistemidir. “Bestcomp Group” şirkətinin proqram məhsulu olan bu sistem Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edilmiş normalara uyğun işləyir və məkhəməişinin səmərəli idarə edilməsi və dəqiq sənədləşməsi üçün nəzərdə tutulmuşdur. Proqram məhsulu onun sürətli tətbiq edilməsini, ona dəyişikliklər edilməsini və sifarişçinin konkret tələblərinə uyğun olaraq sistemin sazlanması imkanlarını təmin edir.

bProRec sisteminin yaradılmasında başlıca məqsəd iclaslarının mətn, audio və video rejimində protokollaşdırılması və məhkəmə işinin avtomatlaşdırılmasıdır.

bProRec sistemi xüsusi avadanlıq və proqram təminatından ibarətdir. Məhkəmə iclaslarının mətn, audio və video yazılarının aparılması, iştirakçılara aid informasiyanın fərqli kanallarla yazılaraq arxivlənməsi üçün istifadə olunur. Məhkəmə işlərinin elektron idarəetmə sistemi ilə sıx inteqrasiya olunub. bProRec sisteminin elektron avadanlığı “BestComp Group” şirkətinin mütəxəssisləri tərəfindən Azərbaycanda istehsal olunur.

Sistemin işi nəticəsində məhkəmə iclasının elektron və lazım gəldikdə kağızda çap oluna bilən protokolu yaradılır.

Protokolda hər bir prosesual hərəkətin başlanması vaxtı onun adı, iştirak edən şəxslər, qeydlər, məhkəmənin tərkibi haqqında məlumat, işin nömrəsi və s. məlumatlar xronoloji ardıcıllıqla əks olunur.

Lentə alınmış iclas sərt diskdə və ya şəbəkə resursunda elektron şəkildə saxlanılır və xüsusi proqramlardan istifadə etmədən hər hansı multimedia imkanları olan kompyuterdə nümayiş etdirilə bilər.

Sistem yazılmış informasiyanın sanksiyasız əldə edilməsini və üzərində manipulyasiyaların aparılmasını istisna edir.

Sistem qüvvədə olan qanunvericiliyə müvafiq prosessual hərəkətlər və həmçinin, iştirak edən şəxslərin siyahısını sadalamaqla məhkəmə iclaslarının şablonlarını yaratmağa imkan verir. Bu da öz növbəsində məhkəmə iclasının gedişatı protokolunun formalaşdırılması prosesini sadələşdirir.

Şablonları redaktə etmək və onlara əlavələr etmək mümkündür. Audio mənbələr və video kameraların sayı tələbata uyğun dəyişilə bilir, standart variantda sistem eyni vaxtda 8-ə qədər mikrofon və 4-ə qədər kameranın quraşdırılmasına imkan verir, amma sistem miqyaslana bilir və kameraların, mikrofonların sayı artıq ola bilər.

 

Sistemin funksiyaları:

  • Protokolun real vaxt rejimində yaradılması və məhkəmə iclası gedişatının  protokoldatam  və dəqiq əks olunması;
  • İş rejiminin seçimi;
  • İş üzrə qeydiyyat üzrə məlumatların daxil edilməsi;
  • Məhkəmə iclasının protokolunu yaradarkən audio və video çəkilişlərin aparılması və onlara nəzarət;
  • Protokolun diskdə və ya şəbəkə resursunda saxlanılması;
  • Məhkəmə iclasının  audio və video yazısının nümayiş etdirilməsi;
  • Məhkəmə iclasının protokolunun çap edilməsi;
  • Hadisələr jurnallarının doldurulması;
  • Məhkəmə iclaslarının şablonlarının yaradılması, redaktəsi və onlara əlavələrin edilməsi.

Həllin imkanları və üstünlükləri:

  • Disk üzərində yaddaşda saxlamaqla məhkəmə iclaslarının tam və dəqiq çəkilişini audio və video rejimlərdə təmin edir;
  • İclas protokollarında məhkəmə prosesinin xronologiyasının mətn şəklində saniyəsinə qədər dəqiqliklə aparmağa imkan verir;
  • Heç bir məhdudiyyət qoyulmadan iclasın şablonunu yaratmağa imkan verir;
  • Audio və video qurğuların bütün parametrlərini təyin etmək imkanına malik olan inzibati panellə təchiz olunur;
  • İnzibati paneldə quraşdırılmış mikrofon və videokameraların sayını dinamik surətdə dəyişməyə imkan verir;
  • Məhkəmə zalında baş vermiş bütün hadisələrin rəqəmsal şəkildə audio yazısını həyata keçirir və müxtəlif rejimlərdə (seçilmiş mikrofon və videokameraların yazıları ayrı-ayrılıqda və ya sinxron şəkildə) nümayiş etdirir;
  • Microsoft Windows 7 və Windows 8 platformalarında çalışır;
  • IP kameraların (4 və daha artıq) istifadəsini dəstəkləyir;
  • 10-dan artıq mikrofonla işləyə bilir;
  • Standart frazalardan istifadə etməyən sadə interfeysi var;
  • Sistem istifadəçisinə müvafiq səlahiyyətvə hüquqları verir;
  • İstifadəçi qrupları yaradır  və onlara müvafiq səlahiyyət və hüquqları verir;
  • İstifadəçi qruplarına hər bir qrup üzvünün qeydlərini (mətn, audio, video şəklində) görmək imkanını verir;
  • Sistemdə bir neçə istifadəçinin müxtəlif hesablarla işləmək imkanı var;
  • Mətn, audio və videofaylların birbaşa SQL Server 2008R2 verilənlər bazasında saxlamaq imkanı var;
  • Mətn, audio və video faylları birbaşa FTP serverlərdə saxlamaq imkanı var;
  • Yazılışların yığcam Audio (mp3) və Video (mp4, .mpeg, H.264 və s.) formatlarında aparılması imkanı var;
  • Seçilmiş parametrləri verilənlər bazasının serverində saxlamaq imkanı var;
  • Audio və video faylları sıxılmış şəkildə yaxşı keyfiyyətlə yazmaq imkanı var;
  • Video və audio faylların nümayişi sinxronlaşdırılır;
  • Audio və video faylların sərbəst nümayiş etdirilməsi imkanı var;
  • Yeni iclasların qeydiyyatı imkanı var;
  • Cari iclası davam etmək imkanı var;
  • Keçmiş iclasların redaktə edilməsi var;
  • İşi yaratmaq və işin növünü seçmək imkanı var;
  • Məhkəmə iclasları üçün şablonlar yaratmaq, onların redaktə etmək və əlavələr etmək imkanı var;
  • Hadisələr jurnalının və annotasiya pəncərələrinin yaradılması var;

«Bestcomp Group» şirkətinin üstünlükləri:

 

Mütəxəssislərimiz təcrübəli və müvafiq sertifikatlara malikdir. Şirkət illər boyu təcrübəsinə əsaslanmış və dünyanın proqram təminatı üzrə aparıcı şirkətlərinin texnologiyaları əsasında layihər həyata keçirmişdir.
Bestcomp Group şirkətinin keyfiyyət sistemi ISO 9001-2008 üzrə sertifikatlaşdırılmışdır. Bu, daxili biznes-proseslərin keyfiyyətini, bununla da sifarişçilər üçün layihələrinin işlənməsinin yüksək keyfiyyətini təmin edir.