Məhsullar

bProLib - Elektron Kitabxana Sistemi


Təsviri:

 

"bProLib"-Elektron kitabxana proqram təminatı “Bestcomp Group” şirkəti tərəfindən işlənib hazırlanmışdır və Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq olunmuş standartlara uyğun işləyir. Proqram təminatının əsas təyinatı kitabxanada informasiya proseslərinin avtomatlaşdırılmasıdır.

 

Sistemin funksiyaları:

 

bProLib “Elektron kitabxana” proqram təminatının funksionallığı onun aşağıdakı sistem modullarının funksiyalarından formalaşır:

  • Administrator modulu;
  • Qeydiyyat modulu;
  • Kitabxana modulu;
  • Oxu zalı modulu;
  • Elektron kitabın yaradılması modulu;
  • Hesabatlar modulu.

 Administrator modulunun əsas funksiyalarına daxildir:

  • Proqram sisteminin idarə edilməsi;
  • İstifadəçilərin idarə edilməsi;
  • İstifadəçilərə məhdudiyyətlərin qoyulması;
  • Sistem istifadəçilərinin hüquqlarının təyin edilməsi;
  • İnformasiyanın məlumat kitabçalarına və kataloqlara daxil edilməsi;
  • Sistemdə bir neçə dillərin dəstəklənməsi (azərbaycan, ingilis, rus).

 Qeydiyyat modulunun əsas təyinatı:

  • Sistem istifadəçilərinin və oxucuların qeydiyyatı;
  • İstifadəçilərin səlahiyyətlərinin təyin olunması.

Kitabxana modulunun əsas funksiyaları:

  • Elektron kitabın saxlanması qaydalarının müəyyən edilməsi;
  • Elektron kitabların idarə edilməsi;
  • İnformasiyanın düzgünlüyünün yoxlanması;
  • Kitabdan istifadə prinsiplərinin təyin olunması.

 Oxu zalı modulunun əsas funksiyaları:

  • İstifadəçilərə kitabları oxu zalından götürmək imkanının verilməsi;
  • İstifadəçilərə kitabları oxu zalına qaytarmaq imkanının verilməsi;
  • Kitabların kənara qoyulmasının (bron edilməsinin) idarə edilməsi.

 Elektron kitabın yaradılması modulunun əsas funksiyaları:

  • Kağız üzərindəki kitabların elektron formata keçirilməsi;
  • Kitabların məlumat bazasında qeydiyyatı.

 Hesabatlar modulunun əsas funksiyaları:

  • Kitabxanadan götürülən və qaytarılan kitabların hesabatının hazırlanması;
  • Gecikmiş kitabların hesabatının hazırlanması;
  • Kitabxananın fəaliyyəti ilə bağlı hər hansı hesabatların yaradılması.

 

bProLib “Elektron kitabxana” proqram təminatının informasiya təhlükəsizliyinin yüksək səviyyəsini aşağıdakılar təmin edir:

  • Sistem istifadəçilərinin autentifikasiyası;
  • Sistem istifadəçiləri üçün giriş hüquqlarının paylaşdırılması;
  • Kitablarla iş üzrə tarixin və statistikanın aparılması.

 

 Həllin imkanları və üstünlükləri:

  • Sistemin tətbiq edilməsi və istifadə edilməsi ilə bağlı məsrəflərin aşağı olması; 
  • Sifarişçinin biznes proseslərinə uyğun dəqiq uyğunlaşma; 
  • Mütəmadi işçi proseslərinin avtomatlaşdırılması; 
  • İşin səmərəlilinin əhəmiyyətli dərəcədə artırılması; 
  • Sənədlərin emalı üzrə məsrəflərin azaldılması; 
  • Əməkdaşların işində və idarəetmədə səmərəliliyinin artırılması; 
  • İnformasiya resursları üzrə naviqasiyanın rahat olması üçün məlumatların nizamlanması, məlumat kitabçalarının və kataloqların formalaşdırılması; 
  • Resursların vahid klassifikatorunu daxil etmək imkanı; 
  • Daxili və xarici informasiya mübadiləsinin sürətləndirilməsi; 
  • Veb texnologiyaların istifadəsi; 
  • Avtorizasiya sistemləri və kitabxana resurslarına paylaşdırılmış giriş hesabına informasiyanın effektiv mühafizə olunması; 
  • Lazımi informasiyanın axtarışının sürətləndirilməsi mümkün olan bütün mənbələr və resurslar, açar sözlər və s. üzrə axtarış aparmaq üçün effektiv axtarış mexanizmlərinin təqdim edilməsi; 
  • Əməkdaşın giriş hüquqlarını nəzərə almaqla tapılmış informasiyanın ona təqdim edilməsi; 
  • Hədəf auditoriyalarına lazımi informasiyanın təhlükəsiz çatdırılması üzrə geniş imkanlar; 
  • İstifadə olunan mərkəzləşdirilmiş məlumat bazasının üstünlüyü: informasiya yarandığı yerdə məlumat bazasına bir dəfə daxil olunur və dəfələrlə lazım gələn yerlərdə istifadə olunur.

  

Sistemin tətbiqi:

 

bProLib “Elektron kitabxana” proqram təminatı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının kitabxanasında tətbiq edilmişdir.

  

Bestcomp Group şirkətinin üstünlükləri:

 

Mütəxəssislərimiz təcrübəli və müvafiq sertifikatlara malikdir. Şirkət illər boyu təcrübəsinə əsaslanmış və dünyanın proqram təminatı üzrə aparıcı şirkətlərinin texnologiyaları əsasında layihər həyata keçirmişdir.

Bestcomp Group şirkətinin keyfiyyət sistemi ISO 9001-2008 üzrə sertifikatlaşdırılmışdır. Bu, daxili biznes-proseslərin keyfiyyətini, bununla da sifarişçilər üçün layihələrinin işlənməsinin yüksək keyfiyyətini təmin edir.