Məhsullar

bProIns - Sığorta Nəzarəti Sistemi


Təsviri: 

 

"bProIns" - proqram təminatı “Bestcomp Group” şirkəti tərəfindən işlənib hazırlanmışdır və Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq olunmuş standartlara uyğun işləyir. Proqram təminatı sığorta sahəsinə nəzarətlə bağlı informasiya proseslərinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.

Onun əsas təyinatı sığorta hesabatlarına nəzarət, onların yoxlanması və yeni analitik hesabatların formalaşdırılmasıdır. Bu məqsədlə proqram sistemi sığorta işində informasiya axınlarının səmərəli idarə edilməsini təmin edir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti üçün yaradılmış bProIns proqram təminatı sığorta işi subyektlərindən hesabat şəklində informasiyanın alınmasını təmin edir. Alınmış informasiya sistem tərəfindən emal olunur və təhlil edilir. Bu, sistem tərəfindən sığorta işi subyektlərinə analitik, statistik və idarəetmə məlumatlarını təqdim etməyə imkan verir. Proqram təminatı sığorta işi subyektləri üzrə reyestri aparmağa, həmçinin onların lisenziyalı fəaliyyətlərini tənzimləməyə imkan verir. bProIns proqram təminatının məlumat bazası kimi Oracle 11g proqram məhsulu istifadə olunur.

  

Sistemin funksiyaları:

 

  • Sığorta işi subyektləri tərəfindən təqdim edilən hesabatların alınması, emalı və analizi; 
  • Sığorta işi subyektləri və qurumlarının reyestrinin aparılması; 
  • Lisenziya fəaliyyətinin tənzimlənməsi; 
  • Sığorta işi subyektləri tərəfindən sığorta qanunvericiliyinə əməl etmələrinə nəzarət; 
  • Sığorta qanunvericiliyinin pozulması halları aşkar edildikdə sığorta işi subyektlərinə bu barədə göstərişlərin verilməsi; 
  • İcbari sığortaya aid hesabatların alınması, emalı və analizi; 
  • Bildirişlərin və məktubların hazırlanması və göndərilməsi; 
  • Daxil olan və göndərilən sənədlərin qeydiyyatı, icraya nəzarət və digər kargüzarlıq funksiyalarının dəstəklənməsi; 
  • Analitik, statistik və idarəetmə hesabatlarının hazırlanması. 

 

Həllin imkanları və üstünlükləri:

 

  • bProIns sığorta nəzarəti sistemi sığorta işi subyektləri tərəfindən aylıq, rüblük və illik hesabatları birbaşa https://sns.maliyye.gov.az/ portalı vasitəsilə yükləməyə, yoxlamağa və təqdim etməyə imkan verir; 
  • Hesabatlar sistemə elektron fayl şəklində Microsoft Office Excel formatında yüklənir; 
  • Sistemin proqram təminatı onlayn rejimində işləyir və veb brauzer vasitəsilə eyni zamanda bir neçə istifadəçiyə hesabat fayllarını yükləmək, yoxlamaq və təqdim etmək imkanlarını verir; 
  • bProIns sığorta nəzarəti sistemi Microsoft Office Excel formatında yüklənən faylları avtomatik şəkildə yoxlayır. Fayllarda səhvlər aşkar edildiyi halda istifadəçilərə bu barədə bildiriş verilir. Sistemə yüklənən faylların yoxlanılması qaydalarını təyin etmək üçün cədvəl və düstur konstruktorlarından istifadə olunur; 
  • Sistem yoxlamadan keçmiş faylların elektron təsdiqini dəstəkləyir; 
  • Sığorta nəzarəti sistemi sığorta işi subyektləri tərəfindən hesabatların vaxtlı-vaxtında təqdim olunmasına ciddi nəzarət etməyə imkan verir; 
  • Həmçinin sığorta nəzarəti sisteminin köməkliyi ilə icbari sığortaya aid hesabatlar da təqdim edilir; 
  • Sistem sığorta işi subyektlərindən hesabat şəklində alınmış informasiyanı emal etməyə imkan verir; 
  • Sistem emal olunmuş informasiya əsasında analitik hesabatlar hazırlamağa imkan verir; 

Sistem portal həllinin bütün üstünlüklərinə malikdir:

 

  • Çeviklik – portal həllinin modul şəklində strukturu onun qısa müddət ərzində tam tətbiq edilməsini, həmçinin sifarişçinin dəyişən tələbatlarına uyğun olaraq onun yenidən işlənməsi və əlavələrin edilməsinə imkan verir;
  • Veb texnologiyalarından istifadə; 
  • Nisbətən ucuz başa gəlməsi; 
  • Biznes əlavələrə vahid fərdi giriş nöqtəsinin yaradılması; 
  • Biznes proseslərin şəffaflığının artırılması və informasiya mübadiləsinin vahid fəaliyyət sferası çərçivəsində mükəmməlləşdirilməsi; 
  • Mütəmadi olaraq işçi proseslərinin avtomatlaşdırılması; 
  • Əməkdaşların işinin və idarəetmənin səmərəliliyinin qaldırılması; 
  • İşlək geriyə əlaqə kanalının yaradılması imkanı; 
  • Hədəf auditoriyalarına lazımi informasiyanın təhlükəsiz çatdırılması üzrə geniş imkanlar; 
  • Sənədlərlə işlədikdə çeviklik və keyfiyyətin artırılmasının təmin olunması, sənəd dövriyyəsinin nizama salınması, icraya nəzarətin təmin olunması; 
  • Ayrı-ayrı informasiya mənbələrindən alınmış informasiyanı vahid formatda təqdim etmək üçün onun konsolidasiyası; 
  • Daxili və xarici birgə biznes proseslərinin sürətləndirilməsi; 
  • Bütün əməkdaşların biznes proseslərə cəlb olunması və təşkilatın bütün bölmələrində sənədlərlə fərdi və müştərək işin vahid qaydada təmin olunması; 
  • Daha da keyfiyyətli qərarların qəbul edilməsi üçün informasiyanın effektiv axtarışı və ona sürətli müraciət imkanı; 
  • Əməkdaşın giriş hüquqlarını nəzərə almaqla tapılmış informasiyanın ona təqdim edilməsi; 
  • Müəssisə daxilində və ondan kənarda informasiya mübadiləsinin sadələşdirilməsi; 
  • Avtorizasiya sistemləri və portal resurslarına paylaşdırılmış giriş hesabına informasiyanın effektiv mühafizə olunması; 
  • İstifadə olunan mərkəzləşdirilmiş məlumat bazasının üstünlüyü: informasiya yarandığı yerdə məlumat bazasına bir dəfə daxil olunur və dəfələrlə lazım gələn yerlərdə istifadə olunur;
  • Bütün işlənib hazırlanma və idarəetmə prosesləri bir yerdə mərkəzləşdirildiyinə görə vahid metodologiya avtomatik şəkildə dəstəklənir; 
  • Məlumat bazasının müşaiyəti mərkəzdə cəmlənir və belə sistemlərin qurulmasında ən sadə və iqtisadi cəhətdən səmərəli variantdır. 

Sistemin tətbiqi:

 

bProIns proqram təminatı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətində tətbiq edilmişdir.

  

"Bestcomp Group" şirkətinin üstünlükləri: 

 

Mütəxəssislərimiz təcrübəli və müvafiq sertifikatlara malikdir. Şirkət illər boyu təcrübəsinə əsaslanmış və dünyanın proqram təminatı üzrə aparıcı şirkətlərinin texnologiyaları əsasında layihər həyata keçirmişdir.

Bestcomp Group şirkətinin keyfiyyət sistemi ISO 9001-2008 üzrə sertifikatlaşdırılmışdır. Bu, daxili biznes-proseslərin keyfiyyətini, bununla da sifarişçilər üçün layihələrinin işlənməsinin yüksək keyfiyyətini təmin edir.