Xəbərlər

BestComp Group şirkəti Hewlett Packard Enterprise-ın Azərbaycanda “İlin tərəfdaşı” nominasiyasına layiq görülmüşdür



27 dekabr 2017-ci il tarixində Hewlett Packard Enterprise Azərbaycanda gördüyü işlərin yekun göstəricilərini açıqlayıb və şirkətin məhsul və həllərinin satışında və müxtəlif layihələrdə inteqrasiya edilməsində ən böyük müvəffəqiyyət əldə edən tərəfdaşlarını mükafatlandırmışdır.

 

Tədbirdə sistem inteqratoru BestComp Group Нewlett Packard Enterprise-ın "2017-ci ilin tərəfdaşı" elan edilmişdir. BestComp Group bu kimi yüksək göstəricilərə sifarişçilərə təklif etdiyi həllərin hər zaman innovativliyi ilə seçilməsi və şirkətdə yüksək ixtisaslı mütəxəssislərin çalışması sayəsində nail olmuşdur.

 

 


BestComp Group aşağıda qeyd olunmuş nominasiyalar üzrə mükafatlar əldə etmişdir:


• The Best Partner 2017 (Ən Yaxşı Tərəfdaş 2017)
• The Best Project 2017 (Ən Yaxşı Layihə 2017)

 

 

 

HPE həmçinin BestComp Group-un müxtəlif layihələrdə uğur qazanmış əməkdaşlarını da mükafata layiq görmüşdür:

 

• The Best Operations Manager - Cəmilə Zeynalova
• The Best Project Lead - Fərid Həsənov
• The Best Marketing Manager - Cəmilə Əmiraslanova
• The Best Technical Adviser - Saleh Həsənov

 

Onu da qeyd edək ki, BestComp Group HPE-nin regionda yeganə Platinum tərəfdaşıdır.