Xəbərlər

Bestcomp Group şirkəti Hewlett Packard Enterprise şirkətinin Platinum tərəfdaşı oldu


BestComp Group şirkəti Azərbaycanda ilk dəfə olaraq Hewlett Packard Enterprise-ın ən yüksək statuslarına - HPE Platinum Converged Infrastructure Specialist (Hewlett Packard Enterprise şirkətinin konvergent infrastrukturasının qurulması üzrə Platinum tərəfdaşı) və Platinum Networking Partner adlarına layiq görülüb.

Qazanılan statuslar BestComp Group-un HPE tərəfindən müəyyən edilmiş standartlara uyğun, müxtəlif layihələrdə vendor texnologiyalarından uğurlu istifadə etmə təcrübəsinə, yüksək ekspertiza səviyyəsinə malik, habelə sifarişçinin biznes tələblərinə cavab verən fərdi həllər təqdim etməyə qadir olduğunu bir daha təsdiq etmiş oldu. BestComp Group şirkətinin yeni tərəfdaş statusları istehsalçının genişləndirilmiş dəstəyinə və yeni məhsulların buraxılmasına dair planlara öncəlikli daxilolma zəmanətini verir.
Hewlett Packard Enterprise-ın rəsmi məlumatlarına əsasən, BestComp Group Azərbaycanda belə yüksək statuslara layiq görülmüş ilk şirkətdir. Məlum olduğu kimi, HPE mühəndislərin sertifikatlaşmasına, serverlər üzrə həyata keçirilmiş layihələrə, verilənlərin saxlanma sistemlərinə, şəbəkə avadanlığına və servis xidmətlərinin göstərilməsinə qarşı olduqca sərt tələblər irəli sürür.