2007-ci ildə BestComp Group Azərbaycan sığorta bazarına sığorta fəaliyyətinin avtomatlaşdırılması proqram təminatını təqdim etdi. BestComp Group sığorta fəaliyyətinin avtomatlaşdırılması sahəsində proqram təminatlarının aparıcı istehsalçısı olan SFS şirkətinin (Türkiyə) Azərbaycanda və Gürcüstanda rəsmi distribütorudur. 2008-ci ilin yanvar ayında təklif olunan proqram təminatı Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan Standard Insurance-da həyata keçirilməyə başlandı. Tətbiq edilən proqram təminatı sığorta şirkətinin bütün departamentlərinin fəaliyyətlərinin avtomatlaşdırılmasına imkan verir və sığorta fəaliyyətinin sığorta məhsullarının satışından başlayaraq sığorta hadisələrinin təkrarsığortasınadək olan bütün mərhələlərini əhatə edir.