Şirkət müştərilərə kompüter və periferik avadanlıqların geniş çeşidini təklif edir. Dünyanın tanınmış markaların - HP, Fujitsu Siemens Computers, ACER, Kindermann, EPSON, Fuji, Microsoft, APC MGE, Tripplite, ARTronic, Hitachi, Genius, Kingston və s. geniş çeşiddə məhsulları BestComp Group-un Bakıda fəaliyyət göstərən müasir və geniş nümayiş zallarında satışı təşkil edilmişdir. Təcrübəli mütəxəssislər müştərilərə düzgün seçim üçün yardım göstərməyə hər zaman hazırdırlar.
BestComp Group satışdan sonrakı xidmətə böyük əhəmiyyət verir. Şirkət yüksək səriştəli mütəxəssislərinə arxalanaraq, sifarişçilərin istənilən problemlərinin qısa müddətdə və etibarlı həllinə zəmanət verir. Şirkətin nəzdində fəaliyyət göstərən avtorizə edilmiş Servis mərkəzlərində müştərilərə təminat müddətində və təminat müddətindən sonrakı dövrdə yüksək keyfiyyətli və etibarlı xidmət göstərilir.
Müştərilərin tələbatlarını operativ ödəmək məqsədilə daim şirkətin anbarlarında aparıcı şirkətlərin mallarının geniş çeşiddə olması təmin edilir. Həmçinin BestComp Group təcili sifarişlər daxil olduqda xarici tərəfdaşları ilə razılığına əsasən Gürcüstandakı və Dubaydakı anbarlardan istifadə imkanlarına malikdir.
Müştərilərin daim dəyişən tələbatlarının operativ və keyfiyyətlə təmin edilməsi şirkətin müştəri etimadını qazanmasını təmin edən əsas amildir.
![]()
Ünvan: Üzeyir Hacıbəyov küç. 19
Tel: (+99412) 493 0179; 498 0676
![]()
Ünvan: Səməd Vurğun küç. 22
Tel: (+99412) 498 1898
![]()
Ünvan: Vidadi küç. 189
Tel: (+99412) 497 5579
![]()
Ünvan: Füzuli küç. 53
Tel: (+99412) 596 2295
![]()
Ünvan: 28 may küç. 46
Tel: (+99412) 493 3646
![]()
Ünvan: Atatürk pr. 30/78
Tel: (+99412)436 3046; 436 2961