Sistem inteqrasiyası


Sistem inteqrasiyasıSistem inteqrasiyası - korporativ sifarişçilər üçün informasiya texnologiyaları sahəsində kompleks həllərin yaradılmasını, müxtəlif növ texnologiyaların və müxtəlif istehsalçıların avadanlığının qoyulmuş məsələnin həlli üçün vəhdətinin təşkil edilməsini, müəssisə və ya şirkətin biznes-proseslərini fəaliyyətini cəmləşdirən avtomatlaşdırılmış mürəkkəb və ahəngləşdirilmiş sistemlərin işlənib hazırlanmasını əhatə edir.


Sistem inteqrasiyası və biznesin kompleks avtomatlaşdırılması bu gün istehsal və ticarət sahələrində, elektron sənəd dövriyyəsi və kargüzarlıq sistemlərində, mühasibat uçotu və büdcə sistemlərində, satışların uçotu və idarəetmə prosesində, anbarlarda, banklarda, apteklərdə, mehmanxanalarda və kitabxanalarda, qısaca biznes proseduraları və fəaliyyətini avtomatlaşdırmaq və sistemləşdirmək üçün tətbiq olunur.


Əsil sistem inteqratoru sifarişçinin texniki ehtiyaclarını tez və dəqiq başa düşür və problemin ən sərfəli həllini təklif edərək onu sifarişçinin cari tələblərini ödəməklə yanaşı gələcəkdə biznesin dəyişməsi və ya artan tələbatları nəzərə almaq üçün açıq sistem kimi hazırlayır.


Özünün yüksək peşəkarlığı olan mütəxəssisləri ilə tanınmış BestComp Group Azərbaycanın çox uğurlar qazanmış sistem inteqratoru şirkətidir. Dünya IT sektorunun aparıcı şirkətlərinin tərəfdaşı olaraq BestComp Group proqram təminatı və aparat vasitələrinin müvəffəqiyyətli kombinasiyalarını yaradaraq tam sistem layihələr işləyib hazırlayır və tətbiq edir.


BestComp Groupun sistem inteqrasiyası və biznesin avtomatlaşdırılması sahəsində kompleks həlləri istənilən mürəkkəbliyə malik olan məsələlərin həll edə bilir və aşağıdakı fəaliyyət sahələrini əhatə edir:

  •  Yüksək keyfiyyətli enerji təchizatı həllərinin layihələnməsi və tətbiqi;
  •  Strukturlaşdırılmış kabel sistemlərinin layihələndirilməsi və quraşdırılması;
  •  Müəssisənin biznes proseslərinin avtomatlaşdırılması;
  •  Korporativ informasiya sistemlərinin layihələndirilməsi və optimallaşdırılması;
  •  Verilənlərin emalı mərkəzlərinin layihılınməsi və qurulması;
  •  Müəssisənin informasiya təhlükəsizliyinin təmin edilməsi;
  •  Lisenziyalı proqram təminatı;
  •  Korporativ tətbiqi proqramlara universal çıxış təmin edən sistemlərin yaradılması;
  •  Ofis telefon sisteminin və IP telefoniyanın layihələndirilməsi və qurulması
  •  IT konsaltinq və autsorsing

 

Azərbaycanın yüzlərlə müəssisəsinin etibarlı tərəf müqabili olan Bestcomp Group açar-təslim şərti ilə müvəffəqiyyətlə həyata keçirilmiş çox sayda layihəni işləyib hazırlamış və icra etmişdır.


BestComp Groupun sistem inteqrasiyası sahəsində fəaliyyəti iqtisadiyyatın ən çox bu sahələrində cəmlənmişdir:

  •  Maliyyə təşkilatları və banklar
  •  Telekommunikasiya
  •  Tikinti
  •  Sənaye
  •  Ticarət və xidmət
  •  Hökumət və özəl təşkilat və şirkətlər

 

Bir sistem inteqratoru kimi Bestcomp Group aşağıdakı xüsusiyyətlərlə fərqlənir:

  • Özünün məsləhətçiləri, analitikləri, sistem arxitektorları, mühəndis-texniki personalı və istehsal-texniki bazası ilə;
  • Müxtəlif istehsalçıların avadanlığını istifadə etməklə müxtəlif həcmli layihələrin həyata keçirilməsi sahəsində təcrübəsi ilə;
  • Həm avadanlığın yaradılması, həm də öz proqram təminatının işlənib hazırlanması sahəsində təcrübəsi ilə;
  • Mövcud tələbləri etibarlı şəkildə yerinə yetirməklə və proqnozlaşdırılan inkişafa imkan yaratmaqla, ayrılmış büdcə  daxilində verilən müştəri üçün ən optimal texniki həlli tapma bacarığı ilə;
  • Sifarişçiyə məsələnin həlli ilə bağlı bir neçə seçimləri təqdim etmə qabiliyyəti ilə;
  • Biznes prosesləri strukturlaşdırmaq, istənilən səviyyəyə və mürəkkəbliyə malik olan informasiya axınları ilə şirkətlər üçün  informasiya sistemlərinin vahid konsepsiyasını işləyib-hazırlamaqla;
  • Rabitə sisteminin yaradılması və istismarı prosesində bütün növ işləri yerinə yetirməklə, müxtəlif həcmli telekommunikasiya və informasiya sistemlərinin qurulmasında kompleks yanaşmanın tətbiqini təmin etməklə;
  • Telekommunikasiya sistemlərinin auditini keçirmək və gələcək inkişafla bağlı tövsiyələr verməklə;
  • Layihədən əvvəl müayinə və ekspert qiymətləndirməni keçirmək, sistemlə bağlı tələbləri müəyyən etməsiylə;
  • Peşəkar texniki tapşırığı hazırlamaq, injinirinq, layihələndirmə, avadanlıq və kommunikasiya vasitələrinin təchizatı,  müxtəlif istehsalçılardan avadanlığın vahid sistem çərçivəsində inteqrasiyası, quraşdırma və işə salma proseslərinin  yerinə yetirilməsi, sifarişçiyə sistemin açar təslimi əsasında verilməsi və sifarişçinin personalının öyrədilməsi ilə;
  • İxtisaslaşmış servis, zəmanət və zəmanətdən sonra xidmətin təmin olunması ilə;
  • İşlərin və xidmətləri yüksək keyfiyyətlə təmin etməklə (ISO 9000 sertifikatı).


Bestcomp Group şirkətinin sistem inteqrasiyası sahəsində tərəf müqabili olaraq etibarlılığı mütəxəssislərimizin dünyanın aparıcı istehsalçılarından aldığı sertifikatlarla təsdiq olunur.