Website Security Test

Layihələr

Konfrans zalların layihələnməsi və texniki təminatı

 Müasir konfrans zalları - çox miqdarda yüksək texnoloji sistemləri birləşdirən, zalların funksional təyinatına görə müvafiq məqsədləri əldə etməyə imkan yaradan mürəkkəb kompleksdir. Bizim şirkət fəaliyyət göstərdiyi dövrdə müasir konfrans zallarının avadanlıq kompleksinin layihələnməsi, yenilənməsi, quraşdırılması və "açar təslim" şərti ilə işlərin təhvil verilməsi sahəsində böyük təcrübəyə malikdir.

Xalq Kompüteri

İnformasiya texnologiyaları müasir cəmiyyətdə mühüm rol oynayır. Müasir insanı, o cümlədən də Azərbaycan vətəndaşını gündəlik həyatda əhatə edən reallıq informasiya texnologiyalarının bolluğu ilə seçilir. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, HP və Microsoft şirkətlərinin birgə olaraq həyata keçirdikləri "Xalq kompüteri" layihəsini ölkədə kütləvi kompüterləşmənin ilkin mərhələsi hesab etmək olar.

Kompüterlərin çatdırılması və aylıq ödəmələrin qəbulu "Azərpoçt" Dövlət Müəssisəsi tərəfindən təmin edilir. Layihə "Azərpoçt" Dövlət Müəssisəsi və HP-nin və Microsoft-un lokal tərəfdaşı olan "BestComp Group" şirkəti tərəfindən həyata keçirilir.